Bürclərə görə nikahınızı


Digərləri 11 Avq 2018 22:15:00 251 0

Bürclərə görə nikahınızı

Astroloqlar və psixoloqlar hər bürcün xarakterinə görə nikahı qorumağın yollarını araşdırıb.

Son.az publika.az-a istinadən zodiak işarələrinə görə, münasibətləri uzunömürlü edən tövsiyələri təqdim edir:

Qoç

Siz sadəcə olaraq çoxdan yerinə yetirməli olduğunuz düzəlişlər və radikal dəyişikliklər etməlisiniz. Bilməlisiniz ki, münasibətlər həmişə yuxarı doğru qalxır və siz ən yüksək zirvəyə nail olmalısınız! Hər şey dözülməz olmağa başlayanda kəskin dəyişikliklər həqiqətən də yerinə düşür.

Buğa

Maneələri aradan qaldırmaq üçün qarşı tərəfi inandırmağı bacarmalısınız. Siz çox inadkarsınız. Məhz buna görə də tez-tez problemləriniz yaranır. Kompromisə getmirsiniz. Həyat yoldaşınızın eyni rəftarı göstərməsi sizdə ona qarşı nifrət hissi oyadır. Nikahı xilas etməyin yeganə üsulu odur ki, həyat yoldaşınız sizə istədiyinizi versin.

Əkizlər

Əgər bir-birinizlə daha çox vaxt keçirsəniz, nikahınızı qoruyub saxlaya bilərsiniz. Siz həyat yoldaşınızdan asanlıqla ayrılmağa çox meyillisiniz. Amma o, diqqətinizi cəlb edə bilsə və sizinlə çox vaxt keçirsə, hər şey yaxşı olacaq!

Xərçəng

Nikahınızı xilas etmək öz əllərinizdədir, bunun üçün sadəcə olaraq bütün fikrinizi özünüzə və öz partnyorunuza cəmləyin.

Şir

Bu bürclərin nikahının uzunömürlü olması qarşı tərəfin onları daim tərifləməsindən və xoş sözlər deməsindən asılıdır. Məsələ ondadır ki, Şir bürcləri tərif eşitmədən yaşaya bilmirlər. Sevdiyi adamdan güclü və lider olduqlarını hiss etmək onlara hava və su kimi lazımdır.

Qız

Qızların nikahını ancaq ciddi və dərin söhbətlər möhkəmləndirə bilər. Siz çox intellektual varlıqsınız. Və ümumiyyətlə, sizin üçün münasibətlərdə problemləri həll etməyin ən yaxşı üsulu məntiq və səmərəliliyi mükəmməl səviyyəyə çatdırmaq olar. Bu barədə danışın və müxtəlif nöqteyi nəzərdən problemlərinizi öyrənin!