Türk lirəsi rekord eniş yaşayır


Digərləri 11 Avq 2018 22:05:00 243 0

Türk lirəsi rekord eniş yaşayır

Dəyərinin təqribən 12 faizini itirdikdən sonra ABŞ dollarına nisbətdə 6,30 səviyyəsinə enən türk lirəsi öz tarixi rekordunu yeniləyib. Lirə avroya nisbətdə də 8 faiz ucuzlaşıb.

Cümə axşamı günü baş vermiş kəskin enişdən sonra lirənin dəyəri artıb və hazırda məzənnə 5,96 ətrafında qalmaqdadır.

İlin əvvəlindən bəri Türkiyənin milli valyutası dəyərinin yarısından çoxunu itirib.

Financial Times qəzetinə əsasən, lirənin ucuzlaşması ilə bağlı vəziyyət Avropanın Mərkəzi Bankı tərəfindən (ECB) diqqətlə izlənilir.

ECB hazırkı vəziyyəti kritik hesab etməsə də, Türkiyədə əhəmiyyətli əməliyyatlar aparan bir neçə Avropa bankına mümkün mənfi fəsadlardan narahatdır, biznes dairələrinin nüfuzlu nəşri bildirir.