Ən bəxti gətirən bürc hansıdır?


Digərləri 11 Avq 2018 21:45:00 258 0

Ən bəxti gətirən bürc hansıdır?

Hər birimiz nə vaxtsa çətin vəziyyətlə üzləşmişik. Bəzən də elə olur ki, uğursuzluqlar hansısa naməlum səbəblərə görə, üstəlik ard-arda baş verir. Bəziləri isə öz istək və arzularına asanlıqla və əziyyətsiz nail olur. Bəs niyə çoxlarının həsrətində olduğu gözəl bəxt və şans hər kəsin üzünə gülmür?

Saglamheyat.com  publika.az-a istinadən bildirir ki, astroloqlar bunu bürclərə bağlayır. Belə ki, onlar zodiak işarələrinin insan həyatına təsirsiz ötüşmədiyini iddia edir. Odur ki, biz bu dəfə qoroskop həvəskarlarını ən məsud və şanslı bürclərin siyahısı ilə tanış etməyə qərar vermişik.

Qoç

Bütün Qoçlar bəxti gətirənlər qrupuna aid edilir. Bu insanların həm məhəbbət, həm də pul məsələsində bəxti üzünə gülür. Bu və digər sahədə bəxt tamamilə başa düşüləndir, çünki Qoçlar iddialıdır, ehtiraslıdır və uduzmaqdan qorxmurlar, oyun prosesinin özü onların xoşuna gəlir. Nəticədə isə qazanan tərəf onlar olur. Onlara oxşamağa çalışmayın, onsuz da, bu, sizdə alınmayacaq.

Buğalar

Buğaların sevgidə bəxti inanılmaz dərəcədə gətirir. Bu işarə altında doğulan kişilər də, qadınlar da, qarşı tərəfi yoldan çıxartmağın yollarını yaxşı bilir. Bu, onları həm də maliyyə qələbələrinə aparıb çıxarır. Əgər Buğalar kifayət qədər hiyləgərdirsə, onda onlar öz məqsədləri naminə həmişə və hər yerdə mənfəətli tanışlıqdan istifadə edə biləcəklər.

Əkizlər

Fortuna (Fortuna - Roma mifologiyasında bəxt allahı) Əkizlərə tez-tez kömək etmir. Əsasən bəxt onların üzünə çıxılmaz vəziyyətlərdə gülür. Qəfil hansısa inanılmaz qüvvə tərəfindən bütün problemlər həll olunur və onlar sudan quru çıxırlar. Məsələn, maddi durum pis olanda, kimsə gözlənilmədən onlara pul verir. Əkizləri məhz bu səbəbə görə, tez-tez başqasının hesabına yaşayan adamlar deyilir.

Xərçəng

Xərçənglər pul və sərmayə məsələlərində çox şanslıdır. Bu anadangəlmə iş adamları öz kapitalını artırmağı və qara gün üçün pul toplamağı yaxşı bacarır. Xərçəng bürcünün nümayəndələri düzgün tanışlıqlar qurur. Xərçənglər həyat yolunun əvvəlində onları yarı yolda qoymayan, heç vaxt düşmənə çevrilməyən yaxşı dostlar qazanır.

Şir

Şirlərin qüsurları və zəif cəhətləri çoxdur, ona görə də Fortuna onlara digər zodiak işarələri ilə müqayisədə daha çox lazımdır. Bəxt Şirlərə bütün məhəbbətini onlara bəxş edən və qayğısına adamları hədiyyə edir. Şirlərin ətrafında çoxlu dostlar və sevdiyi insan olur. Amma bu, onların möhtəşəm və qeyri-adi olması ilə bağlı deyil, sadəcə, ulduz və Kainat belə istəyir.

Qız

Qızların xoşbəxtliyi ondadır ki, bəxt onların üzünə heç gözləmədikləri, bütün ümidlərini itirdikləri zaman gülür. Təəssüf ki, bu nadir hallarda baş verir. Bu, onların bacarıq və hər bir işi sona çatdırmaq istedadları ilə kompensasiya olunur. Qızlar pul yığmağı və yalnız ən münasib anda müharibəyə başlamağı bacarır. Qısası, diplomat qızlar taktika və strategiya oyunlarında rəqib tanımır.