Yolda qalmış qatar, uçmuş körpü, təcrid olunmuş kənd –


Digərləri 11 Avq 2018 21:12:00 240 0

Yolda qalmış qatar, uçmuş körpü, təcrid olunmuş kənd –

Təbii fəlakət sözügedən bölgənin əhalisinin əsas gəlir mənbəyi olan fındıq bağlarına ziyan zurub

İki gün davam edən leysan xaraketerli yağışlar Şimal-qərb bölgəsində həyatı iflic edib. Belə ki, Qax rayonun ərazisindən keçən Ərdava çayının üzərindəki avtomobil körpüsünü sel aparıb. Nəticədə Çinarlı kəndininin rayon mərkəzi ilə əlaqəsi kəsilib.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, yağan güclü leysan Qax, Zaqatala və Balakənin bəzi kəndlərində də bir sıra fəsadlar törədib. Kəndlilərin həyətyanı sahələrini və zirzəmiləri su basıb. . Elektik enerjisinin verilişində problemlər yaranıb. Bundan əlavə Zaqatala rayonunun Lahıc kəndi ərazisində dəmir yolu xəttinin sel suları nəticəsində yararsız hala düşməsi Bakıdan Balakənə hərəkət edən sərnişin qatarının yolda qalmasına səbəb olub.

Qatar Qaratala kəndi ərazisindəki Qax-1 stansiyasında dayanıb. Qatardakı sərnişinlər isə avtobuslarla getdikləri yerlərə göndərilib.


Xəbərə aid fotolar