Evliliyin uzun ömürlü olmasi üçün


Digərləri 11 Avq 2018 21:05:00 282 0

Evliliyin uzun ömürlü olmasi üçün

Evliliyi yavaş-yavaş öldürən bir çox səbəb ola bilər. Bunlar arasında uşaq sahibi ola bilməmə, maddi məsələlər, müxtəlif mövzulardan bir-birlərinə yalan danışma və haqqında az və ya çox danışılan məsələlər var. Psixoloqlar isə, daha çox sonuncu mövzu üzərində dayanırlar. Ümumilikdə,  evliliyin bitməsinə səbəb olan məqamlar yetərincədir. "Gəncaile.az" saytının "EvliSƏN" rubrikasında məhz ailə həyatını bitirən səbəblərdən bəhs edəcəyik.

Dostlarınız olsun

Cütlüklərin digər fərdlərlə möhkəm dost olmaları və dostluq münasibətləri qurmaları çox əhəmiyyətlidir. Psixoloq Ryan Houves cütlüklərin birlikdə zaman keçirmələrinin əhəmiyyətli olduğunu deyir: "Ancaq müstəqil olaraq da dostluqlar quraraq bu münasibət sayəsində əlaqələrini inkişaf etdirərlər, başqa təcrübələr əldə edə bilərlər və yeni dünyagörüşləri qazanma fürsəti əldə edərlər. Cütlüklərin münasibətləri onların dostluq əlaqələri qura biləcəkləri mövzusunda özlərinə güvənmələri baxımından əhəmiyyətlidir".

Dostlara diqqət

Dostlarınızdan başqa sosial mediada dostluq münasibətlərinə də diqqət etmək lazımdır. çünki bəzi tanışlıqların mənfi nəticəsi ola bilər: " Səhv dostluqlar və yanlış münasibətlər sizin ümumi münasibətlərinizə zərbə vura bilər. Dost və tanışlarınızın bəzi davranışları sizin həyat yoldaşınızla münasibətinizə təsir edər. Onların öz həyat yoldaşları ilə yaşadığı gərginlikləri sizə də yoluxa bilər. Yanlış münasibət və davranışlar yolxucudur. Ətrafınızı sağlam evliliyi olan insanlarla təmin edin. Bu sizin də həyat yoldaşınızla münasibətinizdə əks olunar".

Cinsi həyat əhəmiyyətlidir

Terapist Debra Campell isə cütlüklərin münasibətində seks həyatının əhəmiyyətli olduğuna diqqəti çəkir. Cütlüklər yalnız "xüsusi günlərdə" (ad günləri, bayram günləri və ildönümləri) sekslə məşğul olurlarsa, demək, artıq həyəcan təbili çalınmalıdır: " Sekssiz və həyəcansız evlilik uçuruma gedir. Hər gün sekslə məşğul olmaq məcburiyyətində deyilsiniz. Ancaq bir-birinizi istədiyinizi və əhəmiyyət verdiyinizi göstərən kiçik toxunuşlar çox əhəmiyyətlidir. Seks tamamilə atəşli cinsi əlaqə və ya orgazm deyil. Əhəmiyyətli olan cütlüklərin hələ istənildiyini bilmələri və bir-birləri üçün xüsusi olduqları, bir-birinə ehtiyac hiss etmələridir".

Ev işlərinə biganə yanaşmayın