İrandan ABŞa gözlənilməz müraciət


Dünya 11 Avq 2018 21:07:00 238 0

İrandan ABŞa gözlənilməz müraciət

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif prezident Donald Trampın Türkiyəyə qarşı son qərarından sonra ABŞ-ı sanksiyalar tətbiq etmək praktikasından imtina etməyə çağırıb.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bunu İranın xarici işlər naziri öz rəsmi "Twitter" səhifəsində yazıb.

"Trampın NATO üzrə tərəfdaşı Türkiyəyə qarşı iqtisadi çətinliklərin yaradılmasına sevinməsi utancvericidir. ABŞ özünün sanksiyalar və təcridetmə ilə bağlı asılılığından imtina etməlidir. Əks halda bütün dünya sözdə qınamaqdan imtina edib onları buna məcbur edəcəklər. Biz əvvəllərdə öz qonşularımızı dəstəkləmişik və indi də dəstəkləyəcyik", - deyə iranlı nazir bildirib.

Qeyd edək ki, Türkiyə prezidenti Donald Tramp bəyan edib ki, o Türkiyədən idxal olunan polad və alüminium üçün gömrük rüsumlarını iki dəfə artırıb.

"Türkiyəyə gəldiksə mən polad və alüminium üçün gömrük rüsumlarının iki dəfəyə qədər artırılmasına dair qərar verdim. Onların valyutası, Türkiyə lirəsi bizim güclü dollara qarşı münasibətdə kəskin aşağı düşür! Bundan sonra alüminium üçün gömrük rüsumu 20%, polad üçün isə 50% oldu. Bizim hazırda Türkiyə ilə münasibətlərimiz heç də yaxşı deyil!", - Tramp Twitterdə yazıb.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin bu iqtisadi müharibəni uduzmayacağını bəyan edib.