Ən böyük kompaniyalardan biri bütün reklamlarını “YouTube”dan yığışdırdı


Digərləri 11 Avq 2018 20:50:00 207 0

Ən böyük kompaniyalardan biri bütün reklamlarını “YouTube”dan yığışdırdı

"Mars" korporasiyası bütün reklamlarını, "Starburst" brendinin markasının reklamının "Moscow17" rep-qrupun videosunda çıxdığına görə "YouTube"dan geri çəkib.

Son.az facemark.az-a istinadən bildirir ki, şirkətin nümayəndəsi deyib ki, şübhəli məzmunda reklamın yerləşdirilməsi qəbuledilməzdir və məyusluğa səbəb olur:

"Google" lazım olan təminatı verməyənə qədər, "Mars" "YouTube"da reklamlarını yerləşdirməyəcək. Bu bizim marka təhlükəsizliyimiz ilə bağlı olan boşluğu göstərir. "Mars"ın reklamları heç bir halda belə məzmunun yanında bir gələ bilməz.

"YouTube"dakı bütün onlayn reklamları geri çəkmək üçün şirkət olaraq hərəkətə keçdik və nəyin yanlış getdiyini araşdırmaq üçün isə "Google" və media satınalma agentlikləri ilə əməkdaşlıq etdiyimizi də təsdiq edə bilərik", - deyə açıqlamada deyilib.