Buzovna çimərliyində 5 hektar ərazi tullantılardan təmizlənib VİDEO


Digərləri 11 Avq 2018 20:12:00 303 0

Buzovna çimərliyində 5 hektar ərazi tullantılardan təmizlənib  VİDEO

"Xəzər günü" ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Buzovna çimərliyi ərazisində iməcilik aksiyası keçirilib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, məqsəd dəniz sahilinin plastik və digər tullantılardan təmizlənməsi olub. İməcilikdə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin, BMT-nin Azərbaycan nümayəndəliyinin və müxtəlif təşkilatların nümayəndələri iştirak ediblər.

İməcilik zamanı 5 hektar ərazi tullantılardan təmizlənib, 10 kubmetr tullantı çeşidlənərək daşınıb. Tullantılar Balaxanıda Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda çeşidlənərək təkrar emala göndəriləcək. Tədbir 2 gün davam edəcək.

Həmçinin bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Daxili İşlər Nazirliyi ilə birgə tədbirlər planı hazırlanıb. Məqsəd Xəzər dənizinin ekoloji vəziyyətinin yaxşılaşdırılmasıdır. Plana əsasən Lənkəran və Sumqayıtda, eləcə də Şimal bölgəsində reydlər keçirilib. Sahil zolaqlarındakı və çimərlik ərazilərdəki ictimai iaşə obyektlərində aparılan yoxlamalar zamanı bir sıra nöqsanlar üzə çıxıb.


Xəbərə aid video