Vanqadan varlanmaqla bağlı


Digərləri 11 Avq 2018 20:15:00 356 0

Vanqadan varlanmaqla bağlı

Əgər uğur və firavanlıq istəyirsinizsə, onda səhər çarpayıdan qalxanda əvvəlcə sağ ayağı, sonra isə solu geyinin. İnandırıcı səslənmir, lakin Vanqa Nənə iddia edir ki, özünə uğur və var-dövlət cəlb etməyin ilkin şərti budur.

Rusiya mətbuatına istinadən Vanqa Nənənin uğur gətirən rituallarını təqdim edirik:

Əgər firavanlıq istəyirsinizsə, onda səhər çarpayıdan qalxanda əvvəlcə sağ ayağı, sonra isə solu geyinin. Və heç vaxt ayaqqabının ikinci tayını axtarmayın, əgər birinci artıq ayağınızdadırsa. Əvvəlcə hər iki tayı tapın, daha sonra geyinin;

Evə uğur gətirmək istəyirsinizsə, onda başqa dövlətlərin pullarını (yalnız gümüşü rəngləri) talisman kimi yığıb saxlayın;

Həyatınızda xoşbəxtlik zolağının başlamasını istəyirsinizsə, onda Yeni ayın çıxmasını gözləyin və evdə mebelin yerini dəyişdirin. Uğur sizi çox gözləməyə məcbur etməyəcək;

Öz xoşbəxtliyinizi itirmək istəmirsinizsə, onda heç vaxt masanın üstündə çörək qırıntılarını saxlamayın. Hətta qurumuş, xarab olmuş çörək tikələrini də atmaq olmaz, əks halda evdən bolluq gedəcək. Ən yaxşısı onları balkona qonan quşlar üçün bir kənara səpin və ya toyuq-cücə saxlayan adamlara verin;

Əgər uğur sizdən üz döndəribsə, evin bütün pəncərə altlıqlarına duz səpin. Uğur və şans gələnə qədər duz orada qalmalıdır. Sonra səpdiyiniz bütün duzu səliqə ilə toplayıb bir qaba tökün. Bundan başqa, duza əliniz dəyməməli və onu evdən maksimum uzağa aparıb torpağa basdırmaq lazımdır;

Əgər kiməsə öz uğurlarınızdan danışmısınızsa, onda taxtaya 3 dəfə döyün və üç dəfə sol çiyninizin üstündən tüpürün ki, göz dəyməsin;

Əgər sağ ayağınız harasa ilişibsə, bu xoşagəlməz hadisədən xəbər verir. Onlardan qaçmaq üçün sağ ayağınız ilə torpağa üç dəfə vurmaq və bunları demək lazımdır: "Yerə get, bəla, məndən uzaqlaş!" Əgər sol ayağınız harasa ilişibsə, onda bu, uğur və xoşbəxtlik vəd edir;

Əgər bütün ili əlinizə külli miqdarda pul keçməsini arzulayırsınızsa, bu halda yeni il gecəsində böyük məbləğli əsginaslar sayın;

Əgər pul sarıdan bəxt üzünü sizdən çeviribsə, xalçanın altına bir az mamır və yosun qoyun. Onda pul gəlməyə başlayacaq;

Pul saymaq, habelə borc vermək və almaq yalnız səhər (günortaya qədər) olar. Əgər bunu axşam etsəniz, onda sizdə pul tapılmayacaq;

Əgər kiməsə pul kisəsi hədiyyə edirsinizsə, ona oraya mütləq pul qoyun. Sizin hədiyyəniz yalnız bu halda qarşı tərəfə xeyir gətirəcək və portmanatında həmişə pul olacaq. Eyni zamanda sizin də rifah və maddi durumunuz yaxşılaşacaq. Bu qayda çamadan və çanta hədiyyə edənlərə də aid edilir. Əgər başqasının qabını, tavasını, qazanını, vazasını istifadə etmisinizsə, boş qaytarmayın, təşəkkür əlaməti olaraq içinə mütləq nə isə qoyun. Bu, sizə də ruzi-bərəkət gətirəcək;

Günəş qürubundan sonra əldən-ələ pul vermək olmaz, yoxsa kasıblaya bilərsiniz. Pulu süfrəyə qoymaq lazımdır, ya da daha yaxşısı, onları siz yerə atın qarşı tərəf götürsün;