ABŞ konqresmeni Trampı “erməni soyqırımı”nı


Dünya 11 Avq 2018 19:51:00 278 0

ABŞ konqresmeni Trampı “erməni soyqırımı”nı

ABŞ konqresmeni Ted Lyu Ankara ilə Vaşinqton arasındakı münasibətlərin pisləşməsindən istifadə edərək prezident Donald Trampı "erməni soyqırımı"nı tanımağa çağırıb.

Erməni KİV-i xəbər verir ki, Lyu ABŞ prezidentinin Türkiyədən idxal edilən polad və alüminiuma ikiqat gömrük rüsümü tətbiq edilməsilə bağlı qərarını dəstəklədiyini və hadisələrin bu cür inkişafı fonunda Trampın "erməni soyqırımı"nı da tanımalı olduğunu bildirib.

"Mən Trampla razıyam. Türkiyə avtoritarizmə cəhd edir və getdikcə daha çox anti-Amerika mövqeli olur. Konqresmenlərin bir çoxu "erməni soyqırımı"nın tanınmasına təkid edirlər. Mən Trampı bunu etməyə (saxta soyqırımı tanımağa - red.) çağırıram. ABŞ tarixi faktlara məhəl qoymamağa davam etməməlidir", - deyə amerikalı konqresmen bəyan edib.

Son.az azvision.az-a istinadən bildirir ki, Ted Lyu ABŞ Konqresinin erməni lobbisinə işləyən üzvlərindəndir və apreldə uydurma erməni soyqırımının tanınması üçün Trampa ünvanlanan məktuba imza atanlardan olub.

Qeyd edək ki, ötən gün ABŞ prezidenti Donald Tramp Ankara ilə davam edən siyasi gərginliyə baxmayaraq, alüminiuma 20%, polada isə 50% gömrük rüsümu tətbiq olunması barədə qərar qəbul edib.(