“Burger King”dən sonra, “Starbucks” da bu yeniliyi edir


Digərləri 11 Avq 2018 19:55:00 261 0

“Burger King”dən sonra, “Starbucks” da bu yeniliyi edir

Kofe restoranları şəbəkəsi yaxın zamanlarda ödənişləri kriptovalyuta ilə qəbul etməyə başlayacaq.

Son.az facemark.az-a istinadən bildirir ki, BK Capital Management investisiya şirkətinin rəhbəri Brayn Kelli CNBC-yə deyib ki, kriptovalyutanın alışı, saxlanılması, virtual pulun satışı, həmçinin mal və xidmətlərin həcmi, ümumilikdə "Starbucks"da bu yeniliyi tətbiq etmək üçün "Bakkt" platforması yaradılır.

Platformanın yaradılmasında "Microsoft və "Intercontinental Exchange" maliyyə birləşməsinin də daxil olduğu bir sıra şirkətlər məşğul olub. Platforma rəqəmli aktivlərin hərəkəti üçün yaradılmış qlobal tənzimləmə ekosistemi olan "Microsoft Cloud"un bazasında yaradılacaq. Platforma amerika dollarını avtomatik olaraq kriptovalyutaya dəyişəcək.