51 baş malqara oğurlayan şəxslər yaxalanıb VİDEO


Digərləri 11 Avq 2018 19:33:00 321 0

51 baş malqara oğurlayan şəxslər yaxalanıb  VİDEO

Göygöl Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun Şəhriyar kənd sakini Allahverdi Qarayev naməlum şəxs və ya şəxlərin ona məxsus fermadan ümumi dəyəri 13 000 manat olan 10 baş iri buynuzlu mal-qarasının və 1 atının oğurlandığını bildirib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Goranboy rayon Qızılhacılı kənd sakini, 1966-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Qalib Qurbanov və Goranboy rayonu Əlirizalı kəndində qeydiyyatda olmaqla Gəncə şəhərində yaşayan, 1984-cü il təvəllüdlü Elzamin Bayramov saxlanılıb.

Aparılan istintaq tədbirləri nəticəsində saxlanılan şəxslərin cari ilin iyul ayının müxtəlif vaxtlarında Yevlax, Tərtər və Bərdə rayonlarında da analoji cinayət hadisələrini törətməklə ümumilikdə 51 baş iri və xırda buynuzlu heyvanları oğurladıqları müəyyən olunub. Dindirilmə zamanı onlar törətdiyi oğurluq hadisələrini etiraf ediblər.