Qonşu ölkələrdə yayılan xəstəlik dövlət qurumlarını hərəkətə keçirib VİDEO


Digərləri 11 Avq 2018 19:34:00 229 0

Qonşu ölkələrdə yayılan xəstəlik dövlət qurumlarını hərəkətə keçirib  VİDEO

Başqa ölkələrdən Azərbaycan ərazisinə keçə biləcək yolxucu heyvan xəstəliklərindən qorunmaq məqsədi ilə sərhəd-keçid gömrük buraxılış məntəqələrində təhlükəsizlik tədbirləri gücləndirilib. Xüsusilə Gürcüstanda iri və xırdabuynuzlu heyvanlarda yayılan yolxucu nodulyar dermatit xəstəliklərinə qarşı mübarizə aparılır.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, qonşu ölkələrdə mal- qara arasında yayılan xəstəliklər müvafiq dövlət qurumlarını hərəkətə keçirib.

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Gürcüstanın Samtsxe-Cavaxetiya regionundan gələn və ya həmin ərazidən tranzit keçən nəqliyyat vasitələrinin gömrük keçid məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Azərbaycan Dövlət Gömrük Komitəsinə aidiyyati üzrə müraciət olunub. Bu müraciətə əsasən sərhəd-keçid məntəqlərində gücləndirilmiş iş rejiminə keçilib. 24 saat növbəli sistemlə müxtəlif təyinatlı kimyəvi maddələrlə bütün nəqliyyat vasitələrinin yük yerləri, şinləri, kabinələri dezinfeksiya edilir.

Dövlət Gömrük Komitəsi dezinfeksiya işlərini 2009-cu ildən aparsa da, bu il iyulun 1-dən gücləndirilmiş iş rejiminə keçib. Bu günə kimi keçirilən heyvanlarda nodulyar dermatit və bu qəbildən hər hansı xəstəlik aşkarlanmayıb.