Uşaqlar məcburi tibbi müayinədən keçiriləcək


Digərləri 11 Avq 2018 19:37:00 254 0

Uşaqlar məcburi tibbi müayinədən keçiriləcək

Azərbaycanda uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair növbəti dövlət proqramının icrasına başlanılıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, 2018 -2022-ci illəri əhatə edəcək proqram çərçivəsində tibbi yoxlanışdan keçmiş və keçməli olan uşaqların qeydiyyatı aparılacaq, səhiyyə işçilərinin bu sahə üzrə bacarıqları artırılacaq və təhsil müəssisələrində fəaliyyət göstərən tibb məntəqələri müvafiq avadanlıqlarla təchiz ediləcək.

Milli Məclisin səhiyyə komitəsinin üzvü, millət vəkili Məlahət İbrahimqızı deyib ki, bu dövlət proqramının əsas məqsədi gələcək nəslin sağlam böyüməsini təmin etməkdən ibarətdir.

Millət vəkilinin sözlərinə görə, bu proqrama əsasən valideynlər övladlarını vaxtında yoxlanışa gətirməsi üçün məlumatlandırılacaq. Bununla yanaşı valideynlər özləri də məsuliyyətli olmalı və dövlətin yaratdığı bu fürsətdən istifadə etməlidirlər.

Bundan əlavə səhiyyə işçilərinin də bu sahə üzrə bacarıqlarının artırılması və xəstəlik aşkarlanan uşaqların tibb müəssisələrinə yerləşidirlməsi də bu proqramda xüsusi qeyd edilib.


Xəbərə aid video