Taxıl sahələrini yandıran iki nəfər saxlanıldı VİDEO


Digərləri 11 Avq 2018 19:03:00 239 0

Taxıl sahələrini yandıran iki nəfər saxlanıldı  VİDEO

Bişilmiş taxıl sahələrini yandıran iki nəfər saxlanılıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Bürünc və Qarağacı kəndlərində əkinə yararlı torpaq sahələrini yandıran rayon sakinləri müəyyən edilib və polis şöbəsinə dəvət ediliblər. Rayon sakinləri - Rahim Qurbanov və Sirac Babayev törətdikləri əməli etiraf ediblər. Onlar bildiriblər ki, özlərinə məxsus biçilmiş taxıl sahəsində yanğın torətmələrinə səbəb növbəti əkinə hazırlıq işlərinin görülməsi olub.

Yanğın hadisəsini törədən şəxslər ekologiyaya ziyan vurmaqla bərabər, torpağın üst münbit qatına da ziyan vurublar. Rayon polis şöbəsindən bildirilib ki, torpaq sahələri özlərinə məxsus olsa belə, yandırıldığı zaman torpaga ziyan dəydiyinə görə həmin şəxslər məsuliyytə cəlb olunacaqlar.