Tələsik yemək təhlükəli xəstəliklərə səbəb olur


Digərləri 11 Avq 2018 19:06:00 296 0

Tələsik yemək təhlükəli xəstəliklərə səbəb olur

Yemək yeyəndə hər tikəni yaxşı çeynəmək lazımdır. Bu sadə qayda bizi bir çox pozulmalardan qoruya bilər.

Araşdırmalar göstərir ki, tələsik yemək bəzi xəstəliklərin riskini artırır.

Son.az saglamolun.az-a istinadən  sizə bu xəstəliklərin siyahısını təqdim edir:

- Şəkərli diabet

Litva alimləri araşdırma zamanı aşkar ediblər ki, tələsik yeyən insanlarda 2-ci tip şəkərli diabetin riski bir neçə dəfə artırır.

Tez-tez yemək yeyən insanlar adətən lazım olandan daha çox yeyir ki, bu da çəkinin artmasına səbəb olur. Artıq çəki və piylənmə şəkərli diabetin əsas səbəblərindən biri sayılır. Digər tərəfdən tez-tez yemək yeyəndə qanda şəkərin səviyyəsi kəskin qalxır ki, bu insulin rezistentliyinə səbəb ola bilər.     

- Ürək xəstəlikləri

Tez-tez yemək yeyən insanlarda metabolik sindromun riski artmış olur. Metabolik sindrom ürək-damar xəstəliklərinin və insultun əsas səbəbi sayılır.