Misirdə terror aktının


Dünya 11 Avq 2018 18:34:00 346 0

Misirdə terror aktının

Misirin təhlükəsizlik qüvvələri Qahirənin Mustarad şəhərətrafı qəsəbəsində Müqəddəs Məryəm məbədinin yaxınlığında terror aktı cəhdinin qarşısını alıblar.

Son.az bildirir ki, AZƏRTAC-ın Misir KİV-lərinə istinadla verdiyi xəbərə görə, məbədə gələnlərə hücum planlaşdıran intiharçı-terrorçu kilsə ətrafında ciddi təhlükəsizlik tədbirləri həyata keçirildiyindən partlayışı vaxtından əvvəl törədib. O, yerindəcə keçinib. Partlayışdan heç kim zərər çəkməyib.

Hazırda hüquq-mühafizə orqanlarının nümayəndələri müşahidə kameralarını izləyirlər.