Cəfər Cabbarlının seçilmiş hekayələri Türkiyədə nəşr olunub


Kriminal 11 Avq 2018 18:02:00 450 0

Cəfər Cabbarlının seçilmiş hekayələri Türkiyədə nəşr olunub

Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan kitabının tanıdılması və dünyəviləşdirilməsi məqsədilə 2016-cı ildən həyata keçirilən "Azərbaycan Kitabının Dünyaya Tanıdılması" (AKDT) layihəsi ilə əlaqədar seçmə Azərbaycan ədəbiyyatı nümunələrinin tərcüməsi, çapı və Türkiyədə yayılması işi davam etdirilir.

Son.az bildirir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, bu günlərdə layihə üzrə görkəmli dramaturq, şair Cəfər Cabbarlının "Aslan və Fərhad", "Mənsur və Sitarə", "Əhməd və Qumru", "Parapetdən Şamaxı yoluna qədər", "Müfəttiş", "Çocuq", "Altun heykəl", "Qara Qənbər", "Gülzar", "Dilarə", "Dilbər", "Papaq", "Gülər" və "Füruzə" hekayələrindən ibarət kitab nəşr olunub. Şair-tərcüməçi Yurtseven Şen tərəfindən türkcəyə çevrilən və "Sevinç Fırat Zengin Yayıncılık" nəşriyyatında çap olunan kitab türkiyəli oxucuların marağı ilə qarşılanıb.


Xəbərə aid fotolar