Azərbaycan tekstili Avropa ölkələrində peyda ola bilər


Digərləri 11 Avq 2018 18:08:00 369 0

Azərbaycan tekstili Avropa ölkələrində peyda ola bilər

Azərbaycanın tekstil məhsulları istehsalçıları Latviyada açılmış ticarət evi vasitəsilə Avropa bazarına, xüsusilə Baltik ölkələri bazarına çıxmağı planlaşdırır.

Son.az bildirir ki, bu barədə Trend-ə Tekstil məhsulları istehsalçıları və ixracatçıları Assosiasiyasının sədri, "Gilan Textile" şirkətinin rəhbəri Mehriban Axundova deyib.

Onun sözlərinə görə, Azərbaycan məhsulu əsasən MDB ölkələrinə, Türkiyəyə ixrac olunur, hazırda bəzi şirkətlər Avropa bazarlarına çıxmaq üçün çalışır.

Assosiasiya rəhbəri Azərbaycanda tekstil sənayesinin inkişaf prioritetləri arasında yerli məhsulların maya dəyərinin azaldılması və dizayner şirkətlərin yaradılmasını sadalayıb.