Məşqçi Nigar Əbdülsəlimova: Milli Gimnastika Arenasında idmançılar üçün bütün mümkün şərait yaradılıb


Digərləri 11 Avq 2018 17:52:50 341 0

Məşqçi Nigar Əbdülsəlimova: Milli Gimnastika Arenasında idmançılar üçün bütün mümkün şərait yaradılıb

Milli Gimnastika Arenasında idman tədbirləri yüksək səviyyədə təşkil olunur, burada idmançılar üçün bütün mümkün şərait yaradılıb.

Bakı. Cani Babayeva - Milli Gimnastika Arenasında idman tədbirləri yüksək səviyyədə təşkil olunur, burada idmançılar üçün bütün mümkün şərait yaradılıb. Bunu Trend-ə bədii gimnastika üzrə 25-ci Azərbaycan çempionatı və Bakı birinciliyində məşqçi Nigar Əbdülsəlimova deyib. Öz yetirmələrinin çıxışlarından danışan N.Əbdülsəlimova qeyd edib ki, onlar yaxşı çıxışları ilə yadda qaldılar: "Mənim gimnastlarım yaxşı çıxış etdilər, lakin bundan da yaxşı ola bilərdi. Məşqlər zamanı onlar proqramları daha inamlı və yaxşı yerinə yetirirdilər. Görünür, həyəcanlı olublar". Məşqçi daha sonra deyib ki, gənc gimnastlar üçün Milli Gimnastika Arenasında çıxış etmək yarışlarda yüksək nəticə göstərmək üçün böyük və yaxşı motivasiyadır.