Azərbaycan tekstili Avropa ölkələrində peyda ola bilər


Digərləri 11 Avq 2018 18:00:00 329 0

Azərbaycan tekstili Avropa ölkələrində peyda ola bilər

Azərbaycanın tekstil məhsulları istehsalçıları Latviyada açılmış ticarət evi vasitəsilə Avropa bazarına, xüsusilə Baltik ölkələri bazarına çıxmağı planlaşdırır

Bakı. Mətanət Nəsibova - Azərbaycanın tekstil məhsulları istehsalçıları Latviyada açılmış ticarət evi vasitəsilə Avropa bazarına, xüsusilə Baltik ölkələri bazarına çıxmağı planlaşdırır. Bunu Trend-ə Tekstil məhsulları istehsalçıları və ixracatçıları Assosiasiyasının sədri, “Gilan Textile” şirkətinin rəhbəri Mehriban Axundova deyib. Onun sözlərinə görə, Azərbaycan məhsulu əsasən MDB ölkələrinə, Türkiyəyə ixrac olunur, hazırda bəzi şirkətlər Avropa bazarlarına çıxmaq üçün çalışır.