Bakıda qadını öldürməkdə təqsirləndirilən "bomj"ların apellyasiya şikayəti təmin edilməyib


Sosial 11 Avq 2018 17:21:00 267 0

Bakıda qadını öldürməkdə təqsirləndirilən "bomj"ların apellyasiya şikayəti təmin edilməyib

Hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub

Bakı Apellyasiya Məhkəməsində qəsdən adam öldürmədə təqsirləndirilən Dimitriy Razumniy və Samir Zenyukovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

“Report”un xəbərinə görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, hər iki şəxsin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

İttiham aktına əsasən, qətl hadisəsi bu il aprelin 30-da Səbail rayonu Neftçilər prospektində yerləşən mənzildə baş verib. Həmin mənzildə Rusiya vətəndaşı S.Zenyukov tanışı D.Razumnıy ilə birgə yaşayıb. Həmin şəxslər qadın tanışları olan Yelena Sandrandinovanı yaşadıqları mənzilə gətiriblər.

Yeyib-içəndən sonra S.Zenyukov Y.Sandrandinova ilə cinsi əlaqədə olmaq istəyib. Bu zaman qadın buna etiraz edib və evin dəhlizinə çıxıb. S.Zenyukov da qadının arxasınca dəhlizə çıxaraq onun baş və bədən hissələrinə yumruq və təpik zərbələri vurub. D.Razumnıy da dostu S.Zenyukova kömək edərək qadını döyərək soyundurub və divana uzadıb. Bu zaman qadın özündən gedib. S.Zenyukov Y.Sandrandinovaya seksual xarakterli hərəkətlər edərək yatıb.

Gecə saat 4 radələrində S.Zenyukov yenidən yuxudan oyanaraq qadınla cinsi əlaqədə olmaq istəyib. Bu zaman qadının öldüyünü bilib.

D.Razumniylə S.Zenyukov birlikdə qadının paltarlarını əyninə geyindirib və onun cansız bədənini evdən çölə çıxardaraq həyətin kücünə qoyub.

Daha sonra məhəllə sakinləri tərəfindən Y.Sandrandinovanın meyiti aşkarlanıb.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində S.Zenyukov və D.Razumnıy həbs edilib.

Həmin şəxslər Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 120.2.1-ci (bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə), 120.2.6-cı (zorlama ilə adam öldürmə), 120.2.9-cu (kömksiz vəziyyət adam öldürmə), 29.149.2.1-ci (bir qrup şəxslə zorlamaya cəhd), 29.149.2.4-cü (xüsusi amansızlıqla zorlamaya cəhd), 150.1-ci (sexsual xarakterli hərəkət törətmək), 150.2.4-cü (xüsusi amansızlıqla seksual xarakterli hərəkət) maddələri ilə ittiham olunur.

Xatırladaq ki, təqsirləndirilən şəxslər və qətlə yetirilən qadın əvvəllər tüfeyli ("Bomj") həyat yaşayıb.