Tramp və Makron İranla münasibətləri və Suriya məsələsini müzakirə etdilər


Dünya 11 Avq 2018 16:31:00 208 0

Tramp və Makron İranla münasibətləri və Suriya məsələsini müzakirə etdilər

Fransa Prezidenti Emmanuel Makron və ABŞ lideri Donald Tramp avqustun 11-nə keçən gecə baş tutan telefon danışığında İranla münasibətləri, həmçinin Suriyada və Yaxın Şərqdə yaranmış vəziyyəti müzakirə ediblər.

Son.az bildirir ki, AZƏRTAC TASS informasiya agentliyinə istinadla verdiyi xəbərə görə, bu barədə Fransa Prezidentinin administrasiyasındakı mənbə bildirib. Yelisey sarayı nümayəndəsinin sözlərinə görə, telefon danışığı Emmanuel Makron administrasiyasının təşəbbüsü ilə reallaşıb. O, həmçinin İran mövzusunun Tehrana və İslam Respublikası ilə ticarət edən kompaniyalara qarşı Amerika sanksiyalarının bərpa olunması ilə əlaqədar müzakirə olunduğunu deyib.

Bir qədər əvvəl Donald Tramp da özünün "Tvitter" səhifəsində danışıqların gedişində müxtəlif mövzulara, o cümlədən təhlükəsizlik və ticarət məsələlərinə toxunulduğunu yazmışdı.