İnyesta Yaponiyada ilk qolunu vurdu


İdman 11 Avq 2018 16:23:00 382 0

İnyesta Yaponiyada ilk qolunu vurdu

Ötən mövsümün sonunda Barcelona-dan Yaponiyanın Cobe klubuna keçən Andres İnyesta yeni komandasında ilk qolunu vurub.

Goal.az-ın xəbərinə görə, 34 yaşlı yarımmüdafiəçi yüksək liqanın 21-ci turunda hazırda İvata ilə keçirilən oyunda qol hesabını açıb. O, matçın 15-ci dəqiqəsində Lukas Podolskinin ötürməsini qola çevirib.Qeyd edək ki, İnyestanın komandası 32 xalla 18 komanda arasında 4-cü pillədə qərarlaşıb.