FHN Zaqatala və Balakəndə baş verən təbii fəlakətlə bağlı məlumat yaydı


Digərləri 11 Avq 2018 16:19:00 296 0

FHN Zaqatala və Balakəndə baş verən təbii fəlakətlə bağlı məlumat yaydı

FHN Zaqatala və Balakəndə baş verən təbii fəlakətlə bağlı məlumat yayıb.

Son.az bildirir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, 10-11 avqust 2018-ci il tarixlərində gecə və səhər saatlarında Respublikanın şimal-qərb rayonlarında yağan leysan xarakterli yağışlar nəticəsində Zaqatala rayonunun Höytala və Vöhtala kəndləri ərazisində Tala çayında və Balakən rayonunun İkitala kəndi ərazisində Katex çayında suyun səviyyəsi artıb, açıq ərazilər, kəndlərə gedən avtomobil yolları, bəzi həyətyanı sahələr yağış suları ilə dolub.