Azərbaycanlı teleaparıcının avtomobilini qaçırdılar


Digərləri 11 Avq 2018 15:42:00 256 0

Azərbaycanlı teleaparıcının avtomobilini qaçırdılar

Teleaparıcı Elcan Məmmədlinin avtomobilini qaçırıblar.

Son.az-a açıqlama verən aparıcı özü bu haqda xəbər verib:

"Avtomobil mənim adıma lizinq yolu ilə alınıb və hal-hazırda şirkətə iki aylıq borcu var. Azad adlı şəxs avtomobili icarəyə götürüb, indi nə ödənişi edir, nə də avtomobili qaytarır. Onu da qeyd edim ki, avtomobilimi qaçıran şəxs hərbçidir" deyə teleaparıcı bildirib.

Qeyd edək ki, teleaparıcı Elcan Məmmədli uzun illər Atv telekanalında çalışıb.

Əli Novruzəliyev Son.az


Xəbərə aid fotolar