Azərbaycanlı sənətçi dünyasını dəyişdi


Digərləri 11 Avq 2018 15:46:00 258 0

Azərbaycanlı sənətçi dünyasını dəyişdi

Qax Dövlət Kukla Teatrının yaradıcılarından biri, teatrın rəssamı Əmrah Məmmədov dünyasını dəyişib. Bu haqda məlumatı rəssamın yaxını, tanınmış aktyor və rejissor Vüsal Hacı Qədir Son.az-a bildirib:

"Mən də Qax Dövlət Kukla Teatrında bir il işləmişəm. Əmrah ustadımız teatrın quruluşcu rəssamı olub. Teatrın təməlini qoyan insanlardan biri olub. Allah ona rəhmət etsin, gözəl insan və sənətkar idi" deyə bildirib.

Əli Novruzəliyev Son.az


Xəbərə aid foto