Məşhur futbolçunu təhqir etdi, 6 aylıq cəzalandı


İdman 11 Avq 2018 15:46:00 325 0

Məşhur futbolçunu təhqir etdi, 6 aylıq cəzalandı

Çin Futbol Federasiyası Chanchun Yatai klubunun futbolçusu Zanq Lini 6 oyunluq diskvalifikasiya edib. 

Goal.az xəbər verir ki, buna səbəb 29 yaşlı yarımmüdafiəçinin Shanxai Shenxua klubunun hücumçusu Demba Baya qarşı irqçi ifadələr işlətməsidir. Futbolçu həmçinin 6 min dollar məbləğində cərimə olunub. 

Qeyd edək ki, avqustun 4-ü baş tutan matç 1:1 hesabı ilə başa çatıb. 

Demba Ba karyerası ərzində İngiltərənin Chelsea və Türkiyənin Beşiktaş komandalarının heyətində çıxış edib.