“Xəzər günü” ilə əlaqədar Buzovna çimərliyində iməcilik keçirilib (FOTO)


Digərləri 11 Avq 2018 15:30:00 252 0

“Xəzər günü” ilə əlaqədar Buzovna çimərliyində iməcilik keçirilib (FOTO)

“Xəzər günü” ilə əlaqədar Buzovna çimərliyi ərazisində dəniz sahilinin plastik və digər tullantılardan təmizlənməsi məqsədilə iməcilik keçirilib.

Bakı. “Xəzər günü” ilə əlaqədar Buzovna çimərliyi ərazisində dəniz sahilinin plastik və digər tullantılardan təmizlənməsi məqsədilə iməcilik keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iməcilikdə Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin, BMT-nin Azərbaycan nümayəndəliyinin, “AzEkol” MMC-nin, “EkoSfera” İctimai Birliyinin nümayəndələri, ictimaiyyət təmsilçiləri iştirak ediblər. Tədbirin keçirilməsində məqsəd Xəzər dənizinin və sahil zonasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirməkdir. Aksiya zamanı 5 hektar ərazi tullantılardan təmizlənib, 10 kubmetr tullantı çeşidlənərək aidiyyəti üzrə daşınıb.