Göygöldə 13 min manatlıq mal-qara oğurlayan şəxslər tutulub


Digərləri 11 Avq 2018 15:11:00 247 0

Göygöldə 13 min manatlıq mal-qara oğurlayan şəxslər tutulub

Göygöl Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun Şəhriyar kənd sakini Allahverdi Qarayev naməlum şəxs və ya şəxlərin ona məxsus fermadan ümumi dəyəri 13 000 manat olan 10 baş iri buynuzlu mal-qarasının və 1 atının oğurlandığını bildirib.

Bakı. Göygöl Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun Şəhriyar kənd sakini Allahverdi Qarayev naməlum şəxs və ya şəxlərin ona məxsus fermadan ümumi dəyəri 13 000 manat olan 10 baş iri buynuzlu mal-qarasının və 1 atının oğurlandığını bildirib. DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Goranboy rayon Qızılhacılı kənd sakini, 1966-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Qalib Qurbanov və Goranboy rayonu Əlirizalı kəndində qeydiyyatda olmaqla Gəncə şəhərində yaşayan, 1984-cü il təvəllüdlü Elzamin Bayramov saxlanılıb.