Rusiya Mərkəzi Bankı dollar alışını azaltdı


Digərləri 11 Avq 2018 15:00:00 234 0

Rusiya Mərkəzi Bankı dollar alışını azaltdı

Rusiya Mərkəzi Bankı rublun məzənnəsinin ucuzlaşmasının, eləcə də, valyutadakı volalitliyin qarşısını almaq üçün hərəkətə keçib. 

Son.az oxu.az-a istinadən bildirir ki, Mərkəzi Bank gündəlik valyuta alışı və satışını məhdudlaşdırmaq qərarı verib. 

Bankdan bildirilir ki, rublun məzənnəsindəki düşüş ABŞ-ın sanksiyalari ilə bağlıdır. Dalğalanmanın qarşısını almaq üçün Rusiyanın kifayət qədər manevr imkanları var. 

Qeyd edək ki, Mərkəzi Bank artıq valyuta alışını azaldıb. Belə ki, avqustun 9-da keçirilən hərracda bank tərəfindən 8 mlrd. 400 mln. rubl dəyərində xarici valyuta alıb. Hansı ki avqust ayının 8-də bu rəqəm 16, 7 milyard rubl olmuşdu.