Tamaşaçı: Milli Gimnastika Arenasının zalı gözəldir


Digərləri 11 Avq 2018 14:54:00 275 0

Tamaşaçı: Milli Gimnastika Arenasının zalı gözəldir

Milli Gimnastika Arenasında hər keçirilən yarış yüksək zövq verir, burada tamaşaçılar şən olur, zal isə gözəldir.

Son.az bildirir ki, bu barədə Trend-ə, bədii gimnastika üzrə 25-ci Azərbaycan çempionatı və Bakı birinciliyinin tamaşaçısı Tatyana Həsənova deyib.

"Mənim nəvəm artıq 4-cü ildir ki, bədii gimnastika ilə məşğul olur, biz bütün yarışlara baxmağa gəlirik. Həyəcan keçirdirik və yarışan idmançılara dəstək oluruq. Azərbaycanlı gimnastlara həmişə yüksək nəticələr arzulayıram" - tamaşaçı belə deyib.

Tatyana Həsənovanın sözlərinə görə, nəvəsi Türkiyə, Macarıstan, Polşada keçirilən yarışlara qatılıb, lakin ona Milli Gimnastika Arenasında yarışmaq xüsusi zövq verir:

"Hərdən o yaxşı çıxış edə bilmir, lakin Milli Gimnastika Arenasında keçirilən yarışlarda onda sanki ikinci nəfəs açılır".