Arsenal-da yeni kapitan
İdman 11 Avq 2018 15:00:00 297 0
Arsenal-ın yeni kapitanı müəyyənləşib.
Goal.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə klubun baş məşqçisi Unai Emeri məlumat verib. O, Loran Koselninin yeni mövsümdə kapitanlıq sarğısını taxacağını deyib: "Lorandan sonra Petr Çex, Aaron Remsi, Məsut Özil və Qranit Caka bizim kapitanımızdır".
Qeyd edək ki, ötən mövsüm komandanın kapitanı Per Pertezaker idi. O, karyerasını başa vurduğunu açıqlayıb.
Mənbə: goal.az