Tamaşaçı: Milli Gimnastika Arenasının zalı gözəldir


Digərləri 11 Avq 2018 14:46:00 270 0

Tamaşaçı: Milli Gimnastika Arenasının zalı gözəldir

Milli Gimnastika Arenasında hər keçirilən yarış yüksək zövq verir, burada tamaşaçılar şən olur, zal isə gözəldir.

Bakı. Cani Babayeva - Milli Gimnastika Arenasında hər keçirilən yarış yüksək zövq verir, burada tamaşaçılar şən olur, zal isə gözəldir. Bunu Trend-ə bədii gimnastika üzrə 25-ci Azərbaycan çempionatı və Bakı birinciliyinin tamaşaçısı Tatyana Həsənova deyib. "Mənim nəvəm artıq 4-cü ildir ki, bədii gimnastika ilə məşğul olur, biz bütün yarışlara baxmağa gəlirik. Həyəcan keçirdirik və yarışan idmançılara dəstək oluruq. Azərbaycanlı gimnastlara həmişə yüksək nəticələr arzulayıram" - tamaşaçı belə deyib. Tatyana Həsənovanın sözlərinə görə, nəvəsi Türkiyə, Macarıstan, Polşada keçirilən yarışlara qatılıb, lakin ona Milli Gimnastika Arenasında yarışmaq xüsusi zövq verir: "Hərdən o yaxşı çıxış edə bilmir, lakin Milli Gimnastika Arenasında keçirilən yarışlarda onda sanki ikinci nəfəs açılır".