"Eşkiya dünyaya hökmdar olmaz"


Digərləri 11 Avq 2018 14:35:00 321 0

"Eşkiya dünyaya hökmdar olmaz"

Son günlər özəl həyatı ilə gündəmə gələn aktrisa Dəniz Çakır baş rolda yer aldığı "Eşkiya dünyaya hökmdar olmaz" serialından ayrılıb.

Son.az xəbər verir ki, bu barədə prodüser Raci Şaşmaz qərar verib.

Məlumata görə, D.Çakır bu ilin sentyabrda yeni bölümləri yayımlanacaq serialın təqdimat çəkilişlərində yer almayıb.

Belə ki, R.Şaşmaz son vaxtlar D.Çakırın özəl həyatı və içkili görüntüləri ilə tez-tez gündəmə gəlməsindən narahat olub. Ona görə də, belə bir qərar qəbul edib.