DSX rəisi yüksək sürətlə at çapan qız və onun atası ilə görüşüb (FOTO)


Digərləri 11 Avq 2018 14:35:12 308 0

DSX rəisi yüksək sürətlə at çapan qız və onun atası ilə görüşüb (FOTO)

Son günlər kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə azyaşlı qızın yüksək sürətlə at çapma bacarığı nümayiş etdirməsinə dair videogörüntülər paylaşılmaqdadır.

Bakı. Son günlər kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə azyaşlı qızın yüksək sürətlə at çapma bacarığı nümayiş etdirməsinə dair videogörüntülər paylaşılmaqdadır. Dövlət Sərhəd Xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Atçılıq Federasiyası (ARAF) həmin videodakı qız ilə maraqlanıb. Videoda görüntülənən 9 yaşlı Gülay və atası Fərzəliyev Vüsal Qəzənfər oğlu Federasiya prezidenti ilə görüşə dəvət olunublar. Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Ağdam rayonunun Ətyeməzli kəndindən olan məcburi köçkün, hazırda Sumqayıt şəhərində məskunlaşmış Gülay və atası ilə görüşüb.