Dağıstanlılar "Bakı bulvarı"nın direktorunu


Dünya 11 Avq 2018 14:22:00 243 0

Dağıstanlılar "Bakı bulvarı"nın direktorunu

Moskva polisi qatil olduğu güman edilən iki nəfəri tapmağa və saxlamağa nail olub. Onlar 2017-ci ilin yazında "Bakı bulvarı" restoranlar şəbəkəsinin direktoru Niyaz Bədəlovu güllələmək istəyiblər, ancaq biznesmen sağ qalıb.

Son.az bildirir ki, virtualaz.org-un Mash teleqram-kanalına istinadən verdiyi xəbərə görə, saxlanılanlar Dağıstan sakinləridir. Dindirmə zamanı onlar tədqiqatçılara bildiriblər ki, Niyaz Bədəlovun qətli üçün onlara pul ödəyiblər. Hazırda qanun keşikçiləri cinayətin sifarişçisinin şəxsiyyətini təyin etməyə çalışırlar.