Yıxıldığını demişdi, bıçaqlandığı məlum oldu


Digərləri 11 Avq 2018 13:54:00 257 0

Yıxıldığını demişdi, bıçaqlandığı məlum oldu

Avqustun 7-də Bakı şəhər sakini Şahin Məmmədov yaşadığı Suraxanı rayonundakı evindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.

Son.az-ın DİN-ə istinadən verdiyi xəbərə görə, Ş.Məmmədov öz izahatında yıxıldığını bildirib. İlkin araşdırmalarla həmin gün Ş.Məmmədovla Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Abbasov arasında Əmircan qəsəbəsi ərazisində münaqişə baş verməsi və bu zaman sonuncunun ona bıçaqla xəsarət yetirməsi müəyyən edilib.

Dərhal həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə E.Abbasov saxlanılıb.