"Yeməyi "truboçka" ilə yeyirdim..."


Şou-biznes 11 Avq 2018 13:24:00 302 0

"Yeməyi "truboçka" ilə yeyirdim..."

Müğənni Cəmilə "Xəzər TV"də yayımlanan "Hər şey daxil" verilişinin qonağı olub.

Son.az axşam.az-a istinadən bildirir ki, ifaçı vaxtı ikən dodağına süni gel vurdurduğu üçün peşman olduğunu bildirib:

"Geli dodağıma çox vurdular. 5-10 dəqiqəyə dolğunu etdilər, amma 1 ildir əziyyət çəkirəm. Dodaqlarımı əməliyyat etdilər, həm üst, həm də alt hissəsini kəsdilər. Çox peşman olmuşdum, indi də peşmanam, ağlayırdım. Düz 2 ay "truboçka" ilə yemək yemişəm. İndi də dondurma yeyə bilmirəm, soyuq olanda yeri donur".