"Olimpiya çempionu olmaq istəyirəm, özü də bir dəfədən çox" –


Digərləri 11 Avq 2018 13:17:00 297 0

"Olimpiya çempionu olmaq istəyirəm, özü də bir dəfədən çox" –

"Milli Gimnastika Arenasında çıxış etmək çox xoşuma gəlir".

Son.az bildirir ki, bu barədə Trend-ə, 25-ci Azərbaycan Çempionatı və Bakı Birinciliyində 2008-ci il təvəllüdlü gimnastlar arasında qızıl medal qazanan gimnast, "Ocaqsport" klubunu təmsil edən Nərminə Bayramova bildirib.

"Milli Gimnastika Arenasında çıxış etmək xoşuma gəlir. Azarkeşlərin sevindiyini və dəstəklədiyini görmək xoşdur", - gənc gimnast deyib.

Nərminə Bayramova həyəcanlı olmasına baxmayaraq çıxışından razı olduğunu qeyd edib.

"Çıxış etmək çətin deyildi, bu mənim üçün birinci yarışma deyil. Sadəcə bu gün bir az həyəcanlı idim, amma hər şey yaxşı keçdi və təmiz çıxış etdim", - deyə gimnast bildirib.

Gələcəkdə nəyə doğru can atdığını deyərkən Bayramova qeyd edib: "Olimpiya çempionu olmaq istəyirəm, özüdə bir dəfədən çox".