Galatasaray rus hücumçu ilə maraqlanır


İdman 11 Avq 2018 13:12:00 388 0

Galatasaray rus hücumçu ilə maraqlanır

Galatasaray klubu Rusiya milli komandasının və Zenit-in futbolçusu Artyom Dzyubanı heyətinə qatmaq istəyir. 

Goal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, klub 30 yaşlı hücumçunun agentini danışıqlar aparmaq üçün İstanbula dəvət edib. 

Qeyd edək ki, Artyom Dzyuba 2015-ci ildən Zenit-də çıxış edir. O, Rusiyada keçirilən dünya çempionatında 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.