Bakıda 1 milyonluq dələduzluq edən universitet müəlliminin


Digərləri 11 Avq 2018 12:32:00 283 0

Bakıda 1 milyonluq dələduzluq edən universitet müəlliminin

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Vəfa Osmanlının barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Son.az Report-a istindən xəbər verir ki, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, V.Osmanlı və zərərçəkmişlərin apellyasiya şikayətləri təmin edilməyib.

Qeyd edək ki, V.Osmanlı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.

O, vətəndaşlar - Cəlalə Cəbrayılova, Kəminə Cəbrayılova, Solmaz Babayeva, Şalə Hüseynova, Asif Orucəliyev və digərlərinin etibarından sui-istifadə edərək onların, ümumilikdə, 1 milyon manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirib.

Cinayət işi üzrə 10 nəfər zərərçəkmiş var. Zərərçəkmişlərin bir qismi müəllim vəzifəsində çalışır.