Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi başa çatdı


Digərləri 11 Avq 2018 12:34:00 308 0

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi başa çatdı

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb.

Bakı. Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb. Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bu barədə məlumat avqustun 10-da namizədlərin şəxsi səhifələrinə göndərilib. Namizədlər test mərhələsinin nəticələri əsas tutulmaqla proqram təminatı tərəfindən elektron yerləşdirmədə iştirak ediblər. Bu mərhələni uğurla keçən 4 min 337 namizəd müsabiqənin yekun – müsahibə mərhələsində iştirak edəcək. Həmin namizədlərin şəxsi səhifələrinə müsahibənin keçiriləcəyi yer və tarix barədə məlumat göndərilib.