Tacikistan Prezidentinə ADA Universitetinin fəxri doktoru diplomu təqdim edilib


Digərləri 11 Avq 2018 12:21:00 247 0

Tacikistan Prezidentinə ADA Universitetinin fəxri doktoru diplomu təqdim edilib

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona avqustun 11-də ADA Universitetinin fəxri doktoru diplomu təqdim edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, ADA Universitetinin rektoru, xarici işlər nazirinin müavini, səfir Hafiz Paşayev fəxri doktor diplomunu Prezident Emoməli Rəhmona təqdim edib.

Tacikistan Prezidenti tədbirdə çıxış edib.