General Elçin Quliyev 9 yaşlı çapar Gülaya dəstək olacağına söz verdi


Digərləri 11 Avq 2018 12:14:00 379 0

General Elçin Quliyev 9 yaşlı çapar Gülaya dəstək olacağına söz verdi

Son günlər kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə azyaşlı qızın yüksək sürətlə at çapma bacarığını nümayiş etdirən video görüntülər paylaşılır.

Azərbaycan Respublikasının Atçılıq Federasiyası tərəfindən bu video ilə maraqlanılıb, həmin materialda görüntülənən 9 yaşlı Gülay və onun atası Ağdam rayonunun Ətyeməzli kəndindən qaçqın düşərək Sumqayıt şəhərində məskunlaşmış Fərzəliyev Vüsal Qəzənfər oğlu Federasiya Prezidenti ilə görüşə dəvət olunublar.

Avqust ayının 9-da Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Gülay və onun atası ilə görüşüb.


Xəbərə aid fotolar