Tamaşaçı: "Milli Gimnastika Arenasında yarışların təşkili çox yaxşıdır"


Digərləri 11 Avq 2018 12:04:00 320 0

Tamaşaçı: "Milli Gimnastika Arenasında yarışların təşkili çox yaxşıdır"

"Azərbaycanda idmanın inkişafına, gənc idmançıların hazırlanmasına böyük diqqət ayrılır".

Son.az xəbər verir ki, bunu Trend-ə bədii gimnastika üzrə 25-ci Azərbaycan çempionatı və Bakı birinciliyinin tamaşaçısı Ülviyyə Vəliyeva deyib.

O deyib: "Fikrimcə, bu gün yarışlarda iştirak edən gənc idmançılar gələcəkdə ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edəcək".

Onun sözlərinə görə, Milli Gimnastika Arenasında idmançılar üçün bütün şərtlər yaradılıb:

"Arenada yarışların təşkili çox yaxşıdır, idmançılar bütün lazımi şərtlər yaradılıb. Mənim qızım bu gün yarışlarda iştirak edir və mən onu dəstəkləməyə və gimnastların çıxışlarından zövq almağa gəlmişəm".