Aygün Bəylərin qardaşının məhkəməsindən xəbər var:


Digərləri 11 Avq 2018 11:11:00 290 0

Aygün Bəylərin qardaşının məhkəməsindən xəbər var:

Qətl törətməkdə təqsirləndirilən əməkdar artist Aygün Bəylərin qardaşı Abbas Hümmətov, Fuad Məmmədzadə, Elnur Alxazov, Ramil Əsirov, Elnur Əsirov və Cavid Alxazovun barələrində olan hökmdən dövlət ittihamçısı apellyasiya protesti və zərərçəkmişlərlə təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər.

Son.az Report-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

A.Bəylərin qardaşı barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Prokuror isə təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını tələb edir.

Məhkəmənin növbəti iclası avqustun 21-nə təyin edilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata görə, Suraxanı Rayon Polis İdarəsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 2013-cü ilin iyun ayının 16-dan itkin düşmüş şəxs kimi axtarışda olan Bakı şəhər sakini Elnur Hümbətovun qətlə yetirildiyi müəyyən edilib.