DSX tərəfindən külli miqdarda nar­kotik vasitə qanunsuz dövriyyədən çıxarıldı


Digərləri 11 Avq 2018 11:01:00 273 0

DSX tərəfindən külli miqdarda nar­kotik vasitə qanunsuz dövriyyədən çıxarıldı

2018-ci ilin avqust ayında Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən sərhədboyu zona ərazisində külli miqdarda nar­kotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, həmçinin 1 nəfər əc­nəbi vətəndaş tərəfindən dövlət sər­hə­di­nin pozulmasının qarşısı alınıb.

DSX-dan Son.az-a verilən məlumata görə, birinci hadisə 3 avqust tarixində Dövlət Sərhəd Xidmətinin sər­həd qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti sahəsində baş verib.

Qabaqlayıcı əməliyyat məlumatı əsasında Cəlilabad ra­yonu Sulu­çeşmə kəndinin yaxınlığında "Pusqu" sərhəd naryadının xidməti təşkil olunub. Saat 01:30 radələrində VAZ-2172 markalı 99-GL-017 dövlət qeydiyyat nömrə nişanlı avto­mo­bilin həmin əraziyə yaxın­laşması, avtomobildən düşən 1 nəfər şəxsin yol kənarından ağ rəngli bağlamanı götürməsi müşahidə olunub.

Həmin şəxs sər­həd nar­yadı tərəfindən təqib edilərək yaxalanıb, əlindəki bağlamada 3 kq tir­yək aşkar olunub. Saxlanılmış şəxsin Azərbaycan Respublika­sı­nın vətəndaşı Cəlilabad rayonunun sakini 1987-ci il təvəllüdlü Baxşə­liyev Xəyal Əli oğlunun olması müəyyən edilib.


Xəbərə aid fotolar