“Sabah Xəzərlə bağlı tarixi qərar qəbul ediləcək”


Digərləri 11 Avq 2018 10:43:00 199 0

“Sabah Xəzərlə bağlı tarixi qərar qəbul ediləcək”

Xəzəryanı dövlətlərin qarşılıqlı əlaqəsinə dair bütün məsələlər razılaşdırılıb. Sabah tarixi qərar qəbul ediləcək.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Qazaxıstan prezidenti Nursultan Nazarbayev çıxışında deyib:

"Son 20 ildə biz çox asan olmayan danışıqlar apardıq. Xəzər dənizindəki ortaq işimizlə əlaqəli bütün məsələləri həll etmək üçün mövqelərimizi razılaşdırdıq. Bura gəmiçilik, Xəzərin resursları, dənizin bioloji resurslarının qorunması, dövlətlərimizin ticarəti və əməkdaşlığı daxildir. Hesab edirəm ki, bütün məsələlər razılaşdırılıb. Sabah tarixi qərarın qəbul edilməsini gözləyirik. Hamımız üçün çox vacib andır".