İki tona yaxın narkotik tərkibli bitki kolları məhv edilib


Digərləri 11 Avq 2018 09:51:00 277 0

İki tona yaxın narkotik tərkibli bitki kolları məhv edilib

Baş Narkotiklərlə Mübarizə İdarəsi və İsmayıllı RPŞ əməkdaşları “Xaş-xaş” 2018 tədbirlər planına uyğun olaraq birgə əməliyyat keçirib.

Bakı. Elçin Mehdiyev – Baş Narkotiklərlə Mübarizə İdarəsi və İsmayıllı RPŞ əməkdaşları “Xaş-xaş” 2018 tədbirlər planına uyğun olaraq birgə əməliyyat keçirib. DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq məhv edilib.